Mütəfəkkir

Hekayənin baş qəhrəmanı Romadakı populyar kafelərdən birində çalışan gənc ofisiantdır. O, öz işinin öhdəsindən mükəmməl gəlir. Bunun tək səbəbi var: o, heç vaxt düşünmür. Müştəriləri sadəcə bir əşya, öz işini isə avtomatik bir hərəkət kimi görür. Beyni tamamilə sakit və boş olduğu üçün o, müdiriyyətin gözündə ideal, sakit və itaətkar bir işçidir.Lakin bir gün bu ideal mexanizm korlanır. Kafeyə gələn müştərilərdən birinin daxili aləmi, mimikası və davranışı qəfildən oğlanda maraq oyadır. O, ilk dəfə olaraq ətrafındakı insanlar haqqında dərin analizlər aparmağa, yəni "düşünməyə" başlayır.

Əlli min

Hekayə yaşlı boks çempionu Cek Brennanın Nyu-Cersidəki təlim-məşq düşərgəsindəki ağır günləri ilə başlayır. Hadisələr Cekin sadiq dostu və sekundantı Cerri Robinsonun dilindən nəql olunur. Cek artıq karyerasının sonundadır, dözümlülüyünü itirib, yuxusuzluqdan əziyyət çəkir və ailəsi üçün narahatdır. O, qarşıdan gələn gənc və güclü idmançı Cimmi Volkott ilə döyüşdə qalib gələ bilməyəcəyini dəqiq bilir.

Yupiter - 5

Hadisələr bəşəriyyətin Günəş sistemini fəal şəkildə kəşf etdiyi dövrdə baş verir. Baş qəhrəman — kosmik gəminin baş mühəndisi və hekayənin rəvayətçisidir. Tanınmış və dahi alim professor Forster Yupiterin ən kiçik və daxili peyklərindən biri olan Yupiter V (Amalteya) peykinin orbitini, kütləsini və sıxlığını analiz edərək qeyri-adi bir kəşf edir. Onun hesablamalarına görə, bu peyk təbii kosmik cisim ola bilməz. Çünki o, tamamilə ichiboşdur və metal tərkiblidir. Forster peykin əslində milyonlarla il əvvəl bura gəlmiş nəhəng bir yadplanetli kosmik gəmisi olduğunu iddia edir.

Xöşbəxtliyin dəyəri

Qulluqçu Anisi otağa ötürdü. Həmişə olduğu kimi, azyaşlı şagirdi Toto artıq onu orada gözləməliydi. Lakin otaqda heç kəs gözə dəymirdi. Anis kresloya çöküb divardan asılmış rəsmlərə baxdı. Bura gəldiyi on gün ərzində Toto ilk dəfə idi dərsə gecikirdi. Müəllim qulluqçunu səsləməyə hazırlaşırdı, elə bu vaxt qapı arxasından yüngül addım səsləri eşitdi. Qoltuğunda kitablar, əlində dəftər tutmuş oğlan otağa girdi. Anis ciddi, məzəmmət dolu nəzərlərlə oğlana baxanda yanaqlarındakı göz yaşlarını gördü, oğlanın çənəsi həyəcandan əsirdi. - Nə olub sənə - narahatlıqla soruşdu. Sanki bu sual sel qarşısını kəsən bəndi vurub dağıtdı, uşaq hisslərini boğa bilmədi. Göz yaşları yenidən yanaqlarını islatdı.

İntəhasız gecə

Parisli kitabçı Oskar Vinsent yay axşamı bir kafedə oturub dincələrkən masasına qəribə geyimli bir yadplanetli kimi görünən, lakin əslində özünü eramızdan əvvəlki dövrdən gələn zaman səyyahı kimi təqdim edən bir adam əyləşir. Keçmişdən gələn bu adam gələcəyin möcüzələrini görmək üçün səyahət edir. Çox keçmədən onlara gələcək əsrlərdən gələn, tamamilə fərqli və modern təfəkkürlü ikinci bir səyyah qoşulur. O isə əksinə, keçmişi tədqiq etmək üçün geriyə səyahət etmişdir.